Yayımlanma tarixi: 2024-08-27
Jurnalistlər arasında Zəfər kuboku keçirilib

Qusar Olimpiya İdman Kompleksində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş jurnalistlər arasında voleybol üzrə Zəfər Kuboku keçirilib.
İdman Araşdırmalar Mərkəzi və Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı, "Avrora Qrup”un baş sponsorluğu, "Sumqayıt" klubu və "Rabitəbank"ın təşkilati dəstəyi ilə gerçəkləşən yarışa 6 komanda qatılıb. Həlledici matçda "Şuşa" və "Kəlbəcər" komandaları üz-üzə gəlib. Gərgin keçən görüş birincilərin qələbəsi ilə yekunlaşıb - 2:0 

3-cü yer uğrunda görüşdə isə "Füzuli" "Ağdərə"dən üstün olub - 2:0. 

Xatırladaq ki, daha əvvəl keçirilmiş yarımfinal oyunlarında "Şuşa" "Füzuli"ni (25:20, 25:20), "Kəlbəcər" isə "Ağdərə"ni (25:15, 25:14) üstələmişdi - 2:0.

Mükafatlandırma mərasimində Qusar Olimpiya İdman Kompleksinin direktoru və İdman Araşdırmalar Mərkəzinin sədri Elşən Məmmədov, Azərbaycan Voleybol Federasiyasının mətbuat katibi Şəfəq Kərimova, "Sumqayıt" Voleybol Klubunun direktoru Azər Kərimov iştirak edib.

Əvvəlcə baş sponsor "Avrora Qrup"a və "Sumqayıt" klubuna təşəkkürnamə təqdim olunub. 
Daha sonra "Füzuli" komandasının üzvləri bürünc medallarla təltif olunub.

"Kəlbəcər" komandasına gümüş medal və "Rabitəbank"ın hədiyyələri təqdim olunub. 

"Şuşa"ya isə qızıl medal, "Rabitəbank"ın hədiyyələri və Zəfər Kuboku verilib. Turnirin ən yaxşı oyunçusu isə qalib komandanın üzvü İskəndər İbrahim seçilib.

Qeyd edək ki, Şuşa ardıcıl 3 cü dəfə Zəfər Kubokunun qalibi olur.



 

 

Xəbəri paylaşın:
Bənzər xəbərlər
Hamısına bax

2024-08-19

Avrora Qrup III Futbol Çempionatının qalibi məlum olub

2024-08-27

Jurnalistlər arasında Zəfər kuboku keçirilib

2022-01-26

Avrora Qrup ən son avadanlıqlarla təchiz edilmiş laboratoriyasının açılışını edib