Dəyərlərimiz

Müştəri yönümlülük - Müştəri və əməkdaşlarımızın maraqlarına hörmətlə yanaşaraq, onların hüquqlarını, istək və arzularını daima diqqətdə saxlayırıq

Davamlı inkişaf və mükəmməllik - İnkişaf və gələcək yenilikçilikdədir deyərək, işimizə daima ən son yenilikləri tətbiq edir, uğura gedən yolda cəsarətli addımlar atır və hər zaman ən yaxşısı üçün çalışırıq

Sosial ictimai məsuliyyət - Cəmiyyətə və ətraf mühitə faydalı olmaq, sosial layihələrlə yadda qalmaq, eyni zamanda çalışanlarımızın maddi və mənəvi rifahını təmin etmək

Birlik və bağlılıq - Gücümüzü hər zaman bir və dəyərlərimizə, şirkətimizə bağlı olan komandamızdan alırıq

Dürüstlük və peşəkarlıq - Əməkdaşlarımız üçün bərabər imkanlar yaradaraq ədalətli iş mühiti formalaşdırmaq, sağlam rəqabət və peşəkar xidmətimizlə distribüter, istehsal və pərakəndəçilik ənənələrini daha da möhkəmlətmək