Ceyhun Abbasov

Şirkət Prezidenti

1972-ci il iyulun 4-də Naxçıvan Muxtar Respublikası, Ordubad rayonu, Unus kəndində anadan olub. Orta təhsilini Unus kəndində başa vurub. 1996-cı ildə Azərbaycan Texniki Universitetinin "Mühəndis-elektronik-konstruktor" ixtisasını fərqlənmə diplomu ilə bitirib. Avropa, ABŞ, Böyük Britaniya, Mərakeş və digər ölkələrdə biznes görüşləri, konfrans və seminarlarda iştirak edib. Ceyhun Abbasov 1992-ci ildən etibarən bizneslə məşğuldur. Hazırda fəaliyyətini qurucusu və rəhbəri olduğu "Avrora Qrup"un prezidenti kimi davam etdirir. Şirkət distribütor, istehsalat, pərakəndə və digər sahələrdə fəaliyyət göstərir.

Hörmətli əməkdaşlar, müştərilər və tərəfdaşlar.

Avrora Qrup olaraq şirkətimizin təməlini qoyduğumuz ilk gündən bəri, məqsədimiz həmişə yüksək keyfiyyətli məhsullar təqdim etmək və bu sahədə lider qida təminatçısına çevrilmək olmuşdur.

Dünən atdığımız uğurlu addımlar sayəsində bugün Avrora Qrup böyüməkdə davam edir. Avroranın uğurları hesab olunan TamStore marketlər şəbəkəsi, Ellab Diaqnostika mərkəzi, Logistar logistika mərkəzi, Frutena, Oven, AlcoPoint, Klin-Pro və başqa şirkətlərin düzgün qurulmuş strategiyası bizi birinciliyə aparır.

Şirkətimizi qurmaqda əsas motivasiyamız müştərilərimizə və işçi heyətimizə dəyər qatmaq, sektorda müsbət bir iz buraxmaq idi. Gələcəkdə biz daha da irəliləmək və yeni hədəflərə çatmaq üçün davamlı olaraq yeniliklərə açıq olacağıq. Bu yolda bütün şirkət əməkdaşlarına bizimlə bərabər addımladıqları üçün, müştərilərimizə bizi seçdikləri üçün, partnyorlarımıza bizə dəyər verdikləri üçün minnətdarıq. Sizinlə daha çox nailiyyətlərə imza atmağı səbirsizliklə gözləyirəm. Şirkətimizin gələcəyi sizin dəyərli töhfələrinizlə formalaşacaqdır.
 

Hörmətlə,
Ceyhun Abbasov