Ceyhun Abbasov

Şirkət Prezidenti

1972-ci il iyulun 4-də Naxçıvan Muxtar Respublikası, Ordubad rayonu, Unus kəndində anadan olub. Orta təhsilini Unus kəndində başa vurub. 1996-cı ildə Azərbaycan Texniki Universitetini "Mühəndis-elektronik-konstruktor" ixtisasını fərqlənmə diplomu ilə bitirib. Avropa, ABŞ, Böyük Britaniya, Mərakeş və digər ölkələrdə biznes görüşləri, konfransları seminarlarında iştirak edib. Ceyhun Abbasov 1992-ci ildən etibarən bizneslə məşğuldur. Hazırda fəaliiyətini qurucusu və rəhbəri olduğu "Avrora Qrup"un[2] prezidenti kimi davam etdirir.[3] Şirkət distribütor fəaliyyətini daha peşəkar və davamlı həyata keçirmək üçün mərkəzi ofisi Bakıda olmaqla Gəncə, Lənkəran, Bərdə, Quba, Göyçay, Şəki və Saatlıda filialları fəaliyyət göstərir.

Hörmətli əməkdaşlar, müştərilər və tərəfdaşlar,
Avrora Şirkətlər Qrupu olaraq şirkətimizin təməlini qoyduğumuz ilk gündən bəri, məqsədimiz həmişə yüksək keyfiyyətli məhsullar təqdim etmək və bu sahədə lider qida təminatçısına çevrilmək olmuşdur.

Dünən atdığımız uğurlu addımlar sayəsində bugün Avrora Şirkətlər Qrupu böyüməkdə davam edir. Avroranın uğurları hesab olunan TamStore marketlər şəbəkəsi, Ellab Diaqnostika mərkəzi, Logistar logistika mərkəzi, Frutena, Oven, AlcoPoint, Klin-Pro və başqa yeni əlavə olunacaq şirkətlərin düzgün qurulmuş strategiyasi bizi birinciliyə aparır.
Şirkətimizi qurmaqda əsas motivasiyamız, müştərilərimizə və işçi heyətimizə dəyər qatmaq və sektorda müsbət bir iz buraxmaq idi. Biz hər zaman müasir texnologiyalar və mükəmməl xidmət anlayışları ilə müştəri məmnuniyyətini artırmağa, həmçinin iş mühitimizi inkişaf etdirməyə yönəlmişik.
Gələcəkdə, biz daha da irəliləmək və yeni hədəflərə çatmaq üçün davamlı olaraq yeniliklərə açıq olacağıq. Bizim strateji planlarımız arasında, müştəri ehtiyaclarına daha yaxşı cavab vermək, iş proseslərimizi daha da effektivləşdirmək və sosial məsuliyyətimizi artırmaq dayanır.
Bu yolda bütün şirkət əməkdaşlarına bizimlə bərabər addımladıqları üçün, müştərilərimizə bizi seçdikləri üçün, partnyorlarımıza bizə dəyər verdikləri üçün minnətdarıq. Bizim uğurlarımız sizin dəstəyiniz və əzmkarlığınız sayəsində mümkün olur. Birlikdə daha parlaq gələcəyə doğru irəliləmək üçün çalışacağımıza əmin olun.
Sizinlə daha çox nailiyyətlərə imza atmağı səbirsizliklə gözləyirəm. Şirkətimizin gələcəyi sizin dəyərli töhfələrinizlə formalaşacaqdır.

Hörmətlə,
Ceyhun Abbasov