Yayımlanma tarixi: 2023-04-20
"Avrora" MMC aztəminatlı ailələrə bayram sovqatı çatdırıb

Avrora MMC korporativ sosial məsuliyyətini dərk edərək və bunu beş əsas dəyərindən birinə çevirərək daima bu istiqamətdə əməli addımlar atır. Bu il də Ramazan bayramı ilə əlaqədar yardım aksiyası keçirilmişdir. Şirkət əməkdaşları yardım aksiyası zamanı Qızıl Aypara Cəmiyyəti ilə birgə Nəsimi rayonu ərazisində məskunlaşmış şəhid və qazi ailələrinə, o cümlədən aztəminatlı, kimsəsiz və yaşlı insanlara qida və gündəlik tələbat məhsullarından ibarət ərzaq bağlamaları çatdırmışdır.

Məlumat üçün bildirək ki, Avrora şirkəti 2023-ci ildə təkcə Ramazan bayramı münasibəti ilə şirkətə müraciət edən müxtəlif təşkilatlar vasitəsilə 500-dən çox ailəyə də ərzaq yardımı göstərmişdir.

Xəbəri paylaşın:
Bənzər xəbərlər
Hamısına bax

2020-01-21

Avrora Qrup kollektivi Şəhidlər Xiyabanını ziyarət edib

2020-02-14

Avrora Qrup uşaq xərçəngi ilə mübarizə gününə qoşulub

2020-02-26

Avrora Qrup kollektivi Xocalı qurbanlarının əziz xatirəsini yad etdi