Reseptlər

Yağlı yemək sevməyənlər üçün soba peraşkisi

Yağlı yemək sevməyənlər üçün soba peraşkisi reseptini paylaşırıq.
Ərzaqlar:

• 4 stəkan DoyMak unu;
• 1 stəkan kərə yağı (ərinmiş);
• 0.5 çay qaşığı duz;
• 200 qr. xama;
• 1 çay qaşığı qabartma tozu;

İçlik:

• 3 ədəd kartof;
• 200 qr ət
• 1 baş soğan;
• Keşniş;

Üzəri üçün:

• 1 yumurta;

Hazırlanması:

• Kartofları qaynadın.
• Farş olunmuş əti xırda doğranmış soğanla qovurun.
• Kartoflar bişdikdən sonra yaxşıca əzin, qızarmış ət qarışımını və xırda doğranmış keşnişi və duzu əlavə edib içliyi hazırlayın.
• Xəmiri isə yuxarıdakı inqredientləri qarışdırıb xəmir yoğurun.
• Təqribən 15-20 dəqiqə saxladıqdan sonra xırda kündələrə ayırıb, yayıb içliyi qoyun.
• Bildiyimiz peraşki kimi.
• İstəyə uyğun olaraq üçbucaq formasında da hazırlaya bilərsiniz.
• Sobanı isidin.
• Soba tavasına yağlı kağız sərib perajkiləri düzün,üzərinə yumurtanı kist vasitəsilə çəkin.
• 180 dərəcədə bişirin.

Nuş olsun!