Reseptlər

Vupi

Vupi şirniyyatı.

Ərzaqlar:

Xəmir üçün:

• 130 qr ələnmiş DoyMak unu;
• 1 yumurta;
• 80 qr kərə yağı;
• 100 qr şəkər kirşanı;
• 3 yemək qaşığı kakao;
• 100 ml süd;
• 1 çay qaşığı qabartma tozu;
• Vanil;

Krem üçün:

• 150 ml qaymaq (35%);
• 4 yemək qaşığı şəkər kirşanı;

Hazırlanması:

• Yağı əvvəlcədən soyuducudan çıxardın.
• DoyMak unu, kakao, qabartma tozunu və vanili qarışdın.
• Yağı şəkər kirşanı ilə yumşalana və qabarana qədər qarışdın.
• Yumurtanı üzərinə töküb, qarışdırmağa davam edin.
• Daha sonra əvvəlcədən hazırladığımız un və kakaoya südü əlavə edərək qarışdırın.
• Bütün inqridientlər bir-birinə tam qarışana qədər bu prossesi davam etdin.
• Hazır olan xəmiri yemək qaşığı vasitəsilə sobanın qabına düzün.
• Çalışın ki, halqalarınız çox böyük olmasın.
• Çünki bişdikcə də həcmi artacaq.
• Sobanı 180 dərəcədə qızdırıb 10-12 dəqiqə bişirin.
• Pirojnalarınız bişənə qədər kremi hazırlayın.
• Şəkər kirşanı ilə qaymağı bir-birinə tam qarışana qədər mikserlə qarışdırın.
• Hazır olan pirojnaların ortasına kremi qoyun.

Nuş olsun!