Reseptlər

Vişnəli rulet

Sevdiyiniz ləzzətə qovuşun. Vişnəli rulet.

Ərzaqlar:

• 1 stəkanı DoyMak unu;
• 4 ədəd yumurta;
• 4 yemək qaşığı isti su;
• 1 çay qaşığı qabartma tozu;
• 1 yemək qaşığı nişasta;
• 1 çay qaşığı vanil;
• 1 çay stəkan bal;

İçi üçün:

• Krem;

Vişnəli sous üçün:

• 300 qram dondurulmuş vişnə;
• Yarım armudu stəkan su;
• 1 yemək qaşığı qarğıdalı nişastası;

Üzəri üçün:

• Şokolad qırıntıları;

Hazırlanması:
• Yumurtalarla isti suyu mikserlə 2 dəqiqə qarışdırın.
• Toz şəkəri yavaş-yavaş əlavə edib, davam edin.
• DoyMak unu, qabartma tozu, nişasta və vanili qatıb qarışdırın.
• Xəmiri, içinə yağlı kağız yayılmış qaba yayın.
• Düzbucaqlı şəkli vermək üçün, qaşığın tərsiylə kənarlarını düzəldin.
• Əvvəldən isidilmiş 170 dərəcə sobada, 15-20 dəqiqə bişirin.
• Vişnəli sous üçün, 15 ədəd vişnəni ayırıb, qalan vişnələri bir qazanda 5 dəqiqə qaynadın.
• Yarım armudu stəkanı su ilə qarğıdalı nişastasını əlavə edib, qaynamaqda olan vişnələrə əlavə edin.
• Bir az qaynadıb qazdan alın və soyumağa qoyun.
• Sobadan xəmiri çıxarıb, toz şəkər səpilmiş yağlı kağız üzərinə tərs çevirərək yerləşdirin.

• Bişirmə kağızını alın və alt kağız köməyi ilə rulet edib, soyudun.
• Ruleti açıb hər tərəfini bal ilə isladın.
• Kremin yarısını sürtün.
• Ayırdığınız 15 vişnəni səpin və təkrar rulet halında bükün.
• Üzərinə krem vurub şokalad qırıntıları tökün.

Nuş olsun!