Reseptlər

Üzəri şokoladlı, içi bol kremli profiterol resepti

“Bu ləzzətli şirniyyatı ancaq səninlə bölüşərəm” dediyiniz dostunuzu tag edin.

Biz isə üzəri şokoladlı, içi bol kremli profiterol resepti ilə qarşınızdayıq!

Biskivit üçün:

• 1 stəkan Doymak unu;
• 1 stəkan su;
• 4 yumurta;
• 125 qram kərə yağı;
• 1 vanil;

Krem:

• 2,5 stəkan süd;
• 1 yumurta;
• 2 yemək qaşığı Doymak un;
• 1,5 stəkan şəkər tozu;
• 1 yemək qaşığı kərə yağı;
• 1 vanil;

Hazırlanması;

• Qazana su, yağ əlavə edib qazda qarışdırın.
• Yağ qaynayan kimi Doymak unu əlavə edib həll olana kimi təkrar qarışdırın.
• Altı yapışan kimi qazın üstündən alın.
• Sonra isə vanil və tək-tək yumurtaları əlavə edib yaxşıca qarışdırın.
• Çoxlu qarışdırın ki, yaxşı qabara bilsin.
• Çay qaşığı ilə bişirmə kağızının üstünə bir-birindən aralı formada sıra ilə düzüb 180° isidilmiş sobada bişirin.
• İndi isə kremin bütün ərzaqlarını (yağ və vanil xaric) bir qaba qoyub qazın üstündə qatılaşana kimi qarışdırın.
• Qaynamağa başladıqda qazdan alın.
• Vanil, yağ əlavə edib soyumağa qoyun.
• Sobadan çıxardığınız biskiviti də soyumağa qoyun.
• Krem torbasına kremi töküb profiterolların kənarından kremi doldurun.
• Üzərini isə krem və ya şokoladla bəzəyə bilərsiniz.

Nuş olsun.