Reseptlər

Tavada 10 dəqiqəyə hazırlanan sufle resepti

Tavada 10 dəqiqəyə sufle hazırlamaq olar desək?

Ərzaqlar:

• 8 yemək qaşığı DoyMak unu;
• 1 armudu stəkan şəkər tozu;
• 1 yumurta;
• 1 armudu stəkan duru yağ;
• 1 armudu stəkan süd;
• 2 yemək qaşığı kakao;
• 1 vanilya;
• 1 çay qaşığı qabartma tozu
• 80 qr şokolad;

Hazırlanması:

• Geniş bir tavaya su doldurub qoyun qaynamağa.
• Digər tərəfdən yumurta və şəkəri mikserlə yaxşıca qarışdırın.
• Ardından digər ərzaqları əlavə edib təkrar qarışdırın.
• Hazırladığınız xəmiri sufle qablarının yarısından biraz çox olacaq formada paylaşdırın.
• Şokoladı qırıb xəmirin ortasına batırın.
• Qaynayan suyun içinə qabları yerləşdirin.
• 10 dəqiqə tavanın qapağını açmayın.
• Qabarıb bişdikdən sonra tavadan alın.

Nuş olsun!