Reseptlər

Soyuq havalarda sevilən yemək, Xəngəl

Ərzaqlar:

Xəmir üçün:

• 1 stəkan DoyMak unu
• Yumurta 1 ədəd
• Soyuq su 1 stəkan
• Duz 1 çay qaşığı

Qiymə üçün:
• Mal və ya qoyun əti 300 qr
• Soğan 1 ədəd
• Zirinc 2 yemək qaşığı
• Bulyon 1/2 stəkan
• Duz 1 çay qaşığı
• İstiot 1/2 çay qaşığı
• Sarıkök 1/2 çay qaşığı

Hazırlanması:
• DoyMak unu, yumurta, su və duzdan bərk xəmir yoğurun. 15 dəq saxlayın.

• Xəmiri dörd yerə bölüb kündələyin.

• Hər kündəni 0,5 sm nazikliyində yayın. 30-60 dəq ərzində qurudun.

• Daha sonra xəmiri romb şəklində doğrayın.
• Duzlu qaynayan suda 10-12 dəqiqə ərzində bişirin və suyunu süzün.
• Xəngəlin qarası üçün 1 baş soğanə doğrayıb yağda qızardın.

• Mal ətinini əlavə edib qarışdırın. Bulyon duz istiot, sarıkök və zirinc əlavə edib tavanın qapağını örtün.

• Hazır xəngəli buluda qoyub üzərinə əridilmiş kərə yağı və qovurmanı əlavə edin.

• Xəngəl sarımsaq qatıqla yeyilir.

Nuş olsun!