Reseptlər

Şokaladlı krep tortu

Şokaladlı krep tortu.

Ərzaqlar: ⠀

• 1 stəkan DoyMak unu;
• 3 yumurta;
• 1 stəkan şəkər tozu;
• 1,5 stəkan süd;
• 2 yemək qaşığı kakao;
• 1 qabartma tozu;
• 1 vanil;

Kremi üçün: ⠀

• 3 stəkan süd;
• 4 yemək qaşığı şəkər tozu;
• 2,5 yemək qaşığı DoyMak unu;
• 1 yemək qaşığı nişasta;
• 1 vanil;
• 1 paket krem şanti (toz halında lazımdı); ⠀

Üstü üçün: ⠀

• Şokalad və ya qlazur;

Hazırlanması: ⠀

• Yumurta və şəkəri mikserlə qarışdırın. ⠀
• Süd əlavə edin. ⠀
• Sonra kakaonu da töküb qarışdırın. ⠀
• DoyMak unu, qabartma tozu və vanil töküb qarışdırın. ⠀
• Yapışmayan tavaya çox az duru yağ töküb tavayı qızdırın. ⠀
• Xəmirdən 1 yemək qaşığı alıb tavaya tökün və tavanı sağa sola çevirərək xəmiri yayıb orta dərəcədə qazda iki tərəfli bişirin.
• Krem üçün bir qazana süd, şəkər tozu, DoyMak unu və nişastanı töküb qarışdırın. ⠀
• Sonra qatılaşana kimi qazda bişirin və soyumağa qoyun. ⠀
• Soyuduqda krem şanti, vanili töküb qarışdırın.

• Bişən kreplərin arasına krem vurub belə belə davam edin. ⠀
• Sonra üzərinə şokalad töküb 5 saat saxlayın.
• Xəmiri yaxşı çalın ki içində topa qalmasın.
• Tavanın yanmayan və yapışmayan olmasına diqqət edin. ⠀
• Kreplərin 2 tərəfin də bişirməlisiz. ⠀
• Üzərin meyvə, şokalad, fındıq və ya fıstıq ilə bəzəyə bilərsiz.

Nuş olsun!