Reseptlər

Sobada ləzzətli peraşkilər

Yağlı yemək sevməyənlər üçün soba peraşkisi reseptini paylaşırıq. 👩‍🍳 ⠀

Ərzaqlar: ⠀

•4 stəkan DoyMak unu;
•1 stəkan kərə yağı (ərinmiş);
•0.5 çay qaşığı duz;
•200 qr. xama;
•1 çay qaşığı qabartma tozu;

İçlik: ⠀

•3 ədəd kartof;
•200 qr ət;
•1 baş soğan;
•Keşniş;

Üzəri üçün: ⠀

•1 yumurta;

Hazırlanması: ⠀

•Kartofları qaynadın.
•Farş olunmuş əti xırda doğranmış soğanla qovurun.
•Kartoflar bişdikdən sonra yaxşıca əzin, qızarmış ət qarışımını və xırda doğranmış keşnişi və duzu əlavə edib içliyi hazırlayın.
•Xəmiri isə yuxarıdakı inqredientləri qarışdırıb xəmir yoğurun.
•Təqribən 15-20 dəqiqə saxladıqdan sonra xırda kündələrə ayırıb, yayıb içliyi qoyun.
•Sobanı isidin.
•Soba tavasına yağlı kağız sərib perajkiləri düzün,üzərinə yumurtanı kist vasitəsilə çəkin.
•Sonra çəngəlin tərs tərəfi ilə üzərinə cızıqlar çəkin və 180 dərəcədə bişirin.

Nuş olsun! ❤️