Reseptlər

Snickers tortunun resepti

Bu gün sizinlə Snickers tortunun reseptini bölüşürük.

Ərzaqlar:

• 2.5 stəkan DoyMak unu;
• 1 stəkan bitki yağı;
• 1.5 stəkan şəkər tozu;
• 4 yumurta;
• 1 stəkan süd;
• 3 yemək qaşığı kakao;
• 10 qr qabartma tozu;
• vanil;

Krem üçün:

• 1 qatılaşdırılmış süd;
• 200 qr kərə yağı;
• 200 qr yerfıstığı;

Beze üçün:

• 3 yumurta ağı;
• 1 stəkan şəkər tozu;

Qlazur üçün:

• 100 qr tünd şokolad;
• 200 ml qaymaq;

Hazırlanması:

• Biskvit üçün yumurta,şəkər tozu və vanili mikserlə ağarana qədər qarışdırın.
• Üzərinə süd və bitki yağını da əlavə edib qarışdırın.
• Kakaonu da ələkdən keçirib bura əlavə edin.
• DoyMak unu və qabartma tozunu ələkdən keçirib əlavə edin və qaşıqla qarışdırın.
• Biskvit üçün qaba kalka kağızı salıb xəmiri tökün və 180 dərəcəli isidilmiş sobada 45-50 dəqiqə bişirin.
• Soyudub qabdan çıxarın.
• Krem üçün yumşalmış kərə yağını mikserlə 2-3 dəqiqə qarışdırıb üzərinə qatılaşdırılmış südü əlavə edib hamısını yenidən qarışdırın.
• Beze üçün 3 yumurtanın sarısını ağından ayırın.
• Yumurta ağlarının üzərinə şəkər tozu töküb su hamamında şəkər tozu əriyənə qədər qarışdırın.
• Daha sonra bu məhlulu isti halda mikserlə ağarıb həcmini artırana qədər çalın.
• Biskviti bişirdiyiniz ölçüdə bezeni kalka kağızının üzərinə dairəvi şəkildə yayıb 100-120 dərəcədə 2 saata yaxın quruyana qədər bişirin.
• Yerfıstıqlarını sobada və ya qazın üzərində bir qədər qovurun.
• Biskivt soyuduqdan sonra iki yerə bölün.
• Biskvitin üzərinə krem çəkin və bir qədər xırdalanmış yerfıstığını səpin.

• Üzərinə bezeni bütöv halda qoyub yene krem çəkib yerfıstığını səpin və ikinci korjun alt hissəsini də kremləyib qoyun.
• Tortun kənarlarını və üzərini də kremləyin.
• Üzəri üçün şokoladı hazırlayın. Bunun üçün qaymağı kiçik bir qazanda qızdırın, kənarda üzərinə şokoladı doğrayıb tökün və əriyənə qədər qarışdırın.
• Bir qədər soyudub tortun üzərinə tökün və bərabər şəkildə yayın.
• Üzərini yerfıstığı ilə bəzəyə bilərsiniz.

Nuş olsun!