Reseptlər

Sınanmış pizza xəmiri resepti

‘Pizza bişirmək istəyirəm amma xəmirim necə olacaq bilmirəm’ deyirsiz? Sizə sınanmış pizza reseptini təqdim edirik.
Ərzaqlar:
Xəmir üçün:
• 3 stəkan DoyMak unu;
• 1 armudu stəkan ilıq su;
• 1 armudu stəkan ilıq süd;
• 1 çay qaşığı şəkər tozu;
• 1 yemək qaşığı quru maya;
• 1 yemək qaşığı duru yağ;
• 1 çay qaşığı duz;
Sousu üçün:
• 1 yemək qaşığı tomat;
• 1 çay qaşığı quru nanə;
• 1 çay qaşığı qarabibər;
• 1 yemək qaşığı duru yağ;
• 2 yemək qaşığı su;

Üzəri üçün:
• Holland pendiri;
• Pomidor;
• Sosis (Kolbasa);
• Zeytun;
• Toyuğun döş əti;
• Və ya istədiyiniz ərzaqları qoya bilərsiz;

Hazırlanması:
• Quru maya ,şəkər,ilıq su və ilıq südü qaşıqla yaxşıca qarışdırın
• Duru yağ və duzu əlavə edib qarışdırın
• DoyMak unun az-az əlavə edib yavaşca yoğurun
• 20-30 dəqiqə isti yerə qoyun ki mayalansın
• Üzəri üçün olan ərzaqları doğrayıb hazırlayın
• Sonra sous üçün olan ərzaqları qarışdırın
• Xəmiri masanın üstündə açın
• Sonra soba tavasına qoyub əlinizlə biraz da yayın
• Sousu vurun
• Üzərinə pendiri sərpin
• Digər ərzaqları tökün
• Öncədən isidilmiş 200° sobada altı qızara kimi bişirin
• Sobadan alıb üzərinə yenə pendir sərpin
• 2 dəqiqəyə kimi bişirin və çıxardın
Nuş olsun.