Reseptlər

Qutab Resepti

Ərzaqlar:

• DoyMak nu;
• Duz;
• Su;

İçi üçün:

• Şüyüd;
• Keşniş;
• Dağ keşnişi;
• Turşəng;
• İspanaq;
• Soğan;
• Duz;
• İstiot;
• Nar dənəsi;

Hazırlanması;

• Xəmir üçün bütün ərzaqları bir qaba qoyun.
• Xəmir ələ yapışmayan olmalıdır.
• Xəmiri bir neçə dəqiqəlik kənara qoyun.
• Bu zaman isə bütün göyərtiləri təmiz yuyun.
• Göyərtilərin suyunun çəkilməsini gözləyin əks halda xəmir yaş olacaq.
• Sonra xırda xırda doğrayın.
• Duz, istiotun tökün.
• Xəmiri kündələrə ayırın.
• Oxlov ilə yumru yayın.
• Göyərtiləri xəmirin içinə qoyub bükün.
• Sac ya da yapışmayan tavanı qızdırın.
• Bükdüyünüz tərəfi birinci bişirin.
• Bişdikdə isə içinə biraz kərə yağı qoyun.

Nuş olsun!