Reseptlər

Qısa zamanda hazırlayacağınız makaron resepti

Qiyməli makaron resepti. 
 
Ərzaqlar:

• 500 qram DoyMak makaronu;
• 300 qram yağsız dana qiyməsi;
• 1 ədəd soğan;
• 1 ədəd pomidor;
• 3 ədəd yaşıl bibər;
• 1 çay qaşığı tamat;
• 1 çay qaşığı bibər tomatı;
• 50 qram yağ;
• Duz;
• İstiot;
• Qırmızı bibər;

 

 

Hazırlanması:

• Qazana bir az su töküb qaynadın.
• Daha sonra həmin suya 1 yemək qaşığı yağ və duz əlavə edərək DoyMak makaronlarını töküb, 15 dəqiqə qaynadın.
• 15 dəqiqədən sonra makaronların birini götürüb qaynayıb qaynamadığına baxın.
• Qaynayıbsa, aşsüzənə tökün və üstünə soyuq su əlavə edin.
• O da süzüldükdən sonra boşqaba 1 yemək qaşığı ərimiş yağ əlavə edib makaronları da töküb qarışdırın.
• Kənarda soğanı nazik-nazik doğrayıb tavada yağda qızardın, üzərinə pomidor və bibər tomatını əlavə edin.
• Daha sonra qabığı soyulmuş xırda doğranmış pomidoru əlavə edərək qovurun.
• Sonra qiyməni əlavə edin.
• Qiyməni yaxşı qovurduqdan sonra duz, istiot və qırmızı pul bibər əlavə edin.
• Hazır olana yaxın yaşıl bibəri xırda doğrayaraq tökün.
• Qiyməni makaronuun üstünə töküb süfrəyə verə bilərsiniz.

Nuş olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir