Reseptlər

Qarşınızda həm çox ləzzətli, həm də asan hazırlanan qurabiyə var.

Pudra qurabiyəsi.

Ərzaqlar:

• 3 stəkan DoyMak unu;
• 2 yumurta;
• 1 armudu stəkan pudra şəkəri;
• Yarım armudu stəkan duru yağ;
• 1 paket qabartma tozu;
• 1 paket vanil;

Üzəri üçün:

• Pudra şəkəri;

Hazırlanması:
• Yumurta, duru yağ, pudra şəkərini bir qaba qoyub yaxşıca qarışdırın.
• Qabartma tozu, vanil və DoyMak unun nəzarət edərək əlavə edib yoğurun.
• Yumuşaq bir xəmir alınacaq.
• Yoğurduğunuz xəmirin üzərini streç ilə bağlayıb soyuducuda yarım saat saxlayın.
• Sonra xəmirdən kiçik parçalar qoparıb pudra şəkərinə batırın.
• Bişirmə kağızı olan soba qabına arasında məsafələr buraxaraq düzün.
• Öncədən isidilmiş 180° sobada bişirin.

Nuş olsun!