Reseptlər

Peraşki resepti

Peraşki resepti!

Ərzaqlar:

• 4-5 stəkan DoyMak unu;
• 1 çay qaşığı duz;
• 1 çay qaşığı maya
• 1 çay qaşığı şəkər tozu
• İlıq su xəmir olana qədər;

İçlik üçün:

• 4-5 ədəd kartof;
• Duz;
• İstiot;
• 1 yemək qaşığı kərə yağı;

Hazırlanması:

• Əvvəlcə mayanı hazırlayın.
• Yarım stəkan ilıq suya mayanı və şəkər tozunu əlavə edib gözləyin.
• Ələnmiş una duzu, mayalı suyu və ilıq suyu əlavə edib yumşaq ələ yapışan xəmir yoğurun.
• Xəmirin üzərini örtüb isti yerdə mayalanmağa qoyun.
• Xəmirin üzərinə azca duru yağ çəkin ki, xəmir streçə yapışmasın.
• Mayalanmış xəmiri yenidən yoğurub üzərini örtüb təkrar mayalanmağa qoyun.

İçlik üçün;

• Kartofları soyub 4 yerə bölüb qazana əlavə edib üzərinə çıxana qədər su əlavə edib qaynadın.
• Qaynayan zaman kartofa yarım çay qaşığı duz əlavə edib üzərinə çıxan köpükləri yığın.
• Kartoflar yumşalanda başqa bir tavaya yağ əlavə edib əridin.
• Qaynamış kartoflara duz və istiot əlavə edib yağın içərisinə əlavə edib qarışdırın və kartofları əzin.
• Mayalanmış xəmiri hissələrə ayırıb azca yağlanmış düz bir yerə xəmiri düzün.
• Kündələrdən birini götürüb azca yayıb içlik qoyub bükün.
• Tavaya yağ əlavə edib peraşkiləri bükdüyünüz hissə aşağı olmaqla yağda hər iki tərəfini qızardın.

Nuş olsun!