Reseptlər

Pendirli Bulka resepti

DoyMak səhər yeməyi süfrənizə ləzzət qatacaq reseptlə qarşınızdadır!

Ərzaqlar:

Apardığı qədər DoyMak unu
1 armudu stəkan ərinmiş kərə yağı
1 armudu stəkan duru yağ
1 armudu stəkan qatıq
1 yumurta
1 qaşıq sirkə
1 qaşıq şəkər tozu
Duz
1 qabartma tozu
200 qram pendir
3 ədəd cəfəri

Üzəri üçün:

Yumurta sarısı
Çörəkotu

Hazırlanması:

Geniş bir qabda qatıq, ərinmiş kərə yağı, yumurta, şəkər tozu, duz və sirkəni yaxşıca qarışdırın.
Bu qarışığa un və qabartma tozu da əlavə edib.
Poğaçanın xəmirini yaxşıca yoğurun.
Xəmiri ələ yapışmayana qədər yoğurun.
Yumşaq bir xəmir əldə edəcəksiniz.
Xəmiri yarım saat dincəlməyə qoyun.

İçlik hazırlanması:

İçlik hazırlamaq üçün bir qaba pendirləri qoyun.
Cəfərini çox kiçik – kiçik doğrayın.
İçlik pendirini əzilir.
Üzərinə kiçik – kiçik doğranılmış cəfərini əlavə edin.
Pendir əzməsi ilə doğranmış şüyüd bir-birinə qarışdırılır.
İçlik hazırdır.

Dincələn xəmirdən biraz böyük parçalar kəsin.
Xəmiri yumru formada açın, içərisinə pendirli içliq qoyulun və xəmir bükün.
Xəmirin bükülən hissəsi alta gələcək şəkildə soba qabına düzün.
Üzərinə yumurta vurun və sonra ən üstdən biraz da çörəkotu səpin.
Artıq bişirə bilərsiniz.
180 dərəcə isidilmiş sobada üzəri qızarana qədər bişirin.

Nuş olsun!