Xəbərlər

Novruz süfrəniz Hədiyyə qazandırır!

Yaz, məhsuldarlıq, sevgi, dostluq və vəhdət bayramı olan Novruz bayramı yaxınlaşır! Bütün Azərbaycan sakinlərinin ən sevimli bayramı ərəfəsində – 3 martdan 20 martadək olan müddətdə DoyMak alıcıları gözəl və hər bir ailə üçün çox faydalı hədiyyələrlə sevindirmək üçün misilsiz aksiya keçirir! Siz də qoşulun!

Uduşa qoyulan hədiyyələrdən: soyuducu, mikrodalğalı soba, şirə çəkən maşın, tərəzi, 2 ədəd toster, 2 ədəd blender və 2 ədəd elektrik çaydan!

Qaydalar çox sadədir:

1. Ünvanları aşağıda qeyd olunan supermarketlərdə DoyMak stendləri yerləşdirilib. Müsabiqədə iştirak etmək üçün həmin stendin yanında fotoşəkil çəkdirmək lazımdır. (İstənilən ailə üzvünün fotoşəkilini yerləşdirmək olar).

2. Malımızı əldə etmək.

3. Facebook-da «DoyMak» səhifəsini bəyənmək (promouterlərimiz bütün mərhələlərdə sizə yardım edəcək).

4. Bu fotoşəkili və Fb səhifəmizdə #doymakhamininisteyi haşteqli paylaşımın altındakı şərhlərdə özünüzün şəkərbura reseptinizi paylaşmaq.

Vəssalam! Qaliblər 20 mart tarixində facebook səhifəsində elan ediləcək.

Lakin bu hələ hamısı deyil! Keyfiyyətə dəyər verənlər və DoyMak unundan Novruz nemətlərini hazırlayan xanımlar evindən bu məhsul tapılarkən “Araz” supermarketlər şəbəkəsinin 30 manatlıq hədiyyə kartını qazanacaqlar! Bizi qonaq gözləyin!

11 martdan 20 martadək olan müddətdə əməkdaşlarımız alıcılara qonaq gələcəklər! Təsadüfən seçilmiş mənzillərin evdar qadınları DoyMak unundan istifadə edirlərsə, onlara bu hədiyyə kartı veriləcək! Biz gündə 1000-ə yaxın mənzillərə gedirik, bizi qonaq gözləyin!

Bilməyənlər üçün Novruz bayramından qabaq DoyMak ununu əldə etməyin 3 səbəbi:

1. Bizim unumuzdan mükəmməl, dadlı, ağ və gözəl şəkərbura alınır. Bəzəklər yayılıb itmir.

2. Evdar qadınlar bilir: DoyMak ununun istifadə edildiyi xəmiri yaymaq bir həzdir. Məsələ bundadır ki, bu unda sellüloz göstəriciləri xəmiri yayılan şirniyyat üçün idealdır. Bu isə o deməkdir ki, bu undan hazırlanmış badambura da, paxlava da, qoğallar da ideal olacaq!

3. DoyMak markalı əla növ un əldə etməklə siz hədiyyə əldə edə bilərsiniz!
Biz artıq başladıq, bizə qapı açaraq öz hədiyyələrini qazanan xanımlar.

Aksiyanın keçirildiyi supermarketlərin siyahısı:

1. Neftçilər metro stansiyası. «Araz» supermarketi, Nizami rayonu, Şərifli küç. 25.

2. Xırdalan şəhəri. «Araz» supermarketi, Mehdi Hüseynzadə küç.

3. 20 yanvar metro stansiyası. «Araz» supermarketi, Nəsimi rayonu, Tbilisi prospekti, Alatava 2.

4. Saray, «Araz» supermarketi, Abşeron rayonu.

5. Sumqayıt şəhəri, «Araz» supermarketi, 9 mikrorayon, Üzeyir Hacıbəyov küç. 23.

6. Sabunçu, «Araz» supermarketi, A.Məmmədəliyev küç., 18A (Sabunçu xəstəxanasının yaxınlığında).

7. Günəşli. «Günəşli Superstore», Babək prospekti («Qartal» heykəlinin yaxınlığında).

8. Binəqədi rayonu, «Favorit» supermarketi, 9 mikrorayon, Mir Cəlal küç. 59/K.

9. «Araz» supermarketi (Glass Plaza), Yasamal rayonu, Hüseyn Cavid prospekti 17 A.

10. «Favorit» supermarketi, Yasamal rayonu, A.Haqverdiyev küç., 574.

Aksiyamıza qoşulun! Qoy Novruz 2020 evinizə sağlamlıq, xoşbəxtlik, gözəllik, şən gülüş və DoyMak-dan hədiyyələr gətirsin!

BAKU.WS