Reseptlər

Napoleon tortu

‘Bişirsən yeyərdik’ deyəcəyiniz dostlarınıza bu resepti göndərin və sizə napoleon borcu olsun! N
Ərzaqlar;
• 4 stəkan DoyMak unu;
• 300 gr kərə yağı;
•1 stəkan ilıq su;
• 1 yumurta;
• 1 yemək qaşığı sirkə;
Krem üçün;
• 3 stəkan süd;
• 1.5 stəkan şəkər tozu;
• 2 yumurta sarısı;
• 1 yemək qaşığı DoyMak unu;
• 1 vanil;
• 250 gr kərə yağı;
Kremi hazırlayaq;
• Südü bir qazana tökün.
• Vanil və yağ xaric bütün ərzaqları südün içinə əlavə edib yavaş və az dərəcə qazda qatılaşana kimi bişirin.
• Başqa bir qabda yağı mikserlə çoxlu qarışdırın.
• Sonra hazırladığınız qarışımı və vanili yağın üzərinə töküb yenə mikserlə qarışdırın və soyuducuya qoyun.
Xəmirin hazırlanması;
• DoyMak unun təmiz bir masanın üzərinə və ya qabın içinə tökün.
• Yağı bıçaqla bölüb unun üstünə qoyub bıçaqla umac halına gətirin.
• Başqa 2 qab da götürüb birində yumurtanı qarışdırın.
• Digərinə ilıq suyu qoyub içinə sirkə töküb qarışdırın.
• Sonra sirkəli suyun içinə yumurtanı tökün qarışdırın.
• Bu qarışımı da unun üzərinə töküb yavaşca xəmir yoğurun.
• Ələ yapışan xəmir olacaq.
• Un əlavə etməyin çünki yaymaq üçün un istifadə edəcəksiz.
• Əks halda xəmir bərk olacaq.
• Sonra kündələrə ayırıb üzərin örtüb soyuducuya qoyun.
• 30-40 dəqiqə sonra çıxardıb un köməyi ilə nazik yayın.
• Onu bişirmə kağızına qoyub tort qabının ölçüsündə kəsin.
• Amma qalan kənarlar da bişsin.
• Öncədən 180° qızan sobada bişirin.
• Kənarların ovub üstü üçün saxlayın.
• Layların arasına krem vurun.
• Sonra üstündən yavaşca basın yatsın aşağı.
• Kənar və üstlərin kremləyib ovuntu ilə örtün.
Qeyd;
•13-15 kündə alınır.
• Sonda kündələrin kənarlarını ovuntu üçün saxlayın.
• Xəmiri listə qoyduqda üzərində çəngəllə deşiklər açın ki çox qabarmasın.
• Əgər kənarları eyni deyilsə bıçaqla kəsə bilərsiz.
Nuş olsun.