Reseptlər

Mürəbbəli yumşaq qurabiyə

Yumşaq, ağızda əriyən bir qurabiyə reseptimiz var.

Ərzaqlar:

•3,5 stəkan DoyMak unu
•125 gr kərə yağı (yumşaq)
•Yarım stəkan qatıq
•Yarım stəkan duru yağ
•3 yemək qaşığı şəkər tozu
•Yarım paket qabartma tozu
•1 paket vanilya

İçi üçün:

• Moruq mürəbbəsi

Hazırlanması:

• Xəmir üçün kərə yağı, qatıq, duru yağ və şəkəri bir qabda qaşıqla qarışdırın.
• Ardından DoyMak ununun bir hissəsin və qabartma tozu ilə vanili qaba əlavə edib qarışdırmağa davam edin.
• Qalan unu da əlavə edib yumşaq, ələ yapışmayan xəmir yoğurun.
• Xəmirin bir hissəsini ayırıb dondurucuya qoyun
• Digərin soba listinə kvadrat formada yayın və ya dairələr kəsin.
• Xəmirin üstünə moruq mürəbbəsi yayın.
• Donmuş xəmiri sürtgəcdən keçirib xəmirin üstünə tökün.
• Sobanı 180 dərəcə qızdıraraq bişirin.

Nuş olsun!