Reseptlər

Muffin resepti

Görünüşü qədər dadı da möhtəşəm olan Muffin. 😍

Ərzaqlar:

2 stəkan DoyMak unu
2 çay qaşığı qabartma tozu
Yarım çay qaşığı soda
3 yemək qaşığı kakao
1 stəkan şəkər tozu
1 stəkan damla şokolad
250 ml süd
Yarım stəkan duru yağ
1 ədəd yumurta
1 paket vanil

Hazırlanma qaydası:

Bir qabda DoyMak unu, şəkər tozu, qabartma tozu, soda, vanil və kakao hamısını qarışdırın.
Ayrı bir qabda yumurta, yağ və südü mikserlə qarışdırın.
Quru ərzaqları da əlavə edib yüngülcə qarışdırın.
İçərisinə damla şokoladın yarısını əlavə edib yenidən qarışdırın.
Muffin qəlibinə kağızları yerləşdirin.
Hər bir keks qəlibinin 2/3-sini dolduracaq şəkildə xəmiri bölüşdürün.
Qalan damla şokoladları da üzərinə səpin.
180 dərəcə qızdırılmış sobada 20 dəqiqə bişirin.