Reseptlər

Mövsümün dadlı şirniyyatı

Albalılı Brauni.

Ərzaqlar:

• 100 qr DoyMak unu;
• 150 qr kərə yağı;
• 150 qr şokolad;
• 150 qr şəkər tozu;
• 2 yumurta;
• 100 qr tumu təmizlənmiş albalı;

Hazırlanması:

• Bir qazan su qaynadılır və o qazanın üzərinə bir boşqab kubik şəklində doğranmış yağlar qoyulub, suyun buxarında əridilir.
• Qara şokolad əlavə edilib, yavaş qarışdırılaraq əridiləndən sonra boşqab qazanın üstündən götürülür.
• Nəticədə qatı maye alınmalıdır. Ehtiyyatlı olmaq lazımdır ki ona su düşməsin.
• Şəkər tozu, yumurta və bir çimdik duz qarışdırılır.
• Alınmış yumurta məhlulu şokoladlı məhlul ilə qarışdırılır.
• Albalı əlavə edilir.
• Azacıq olaraq məhlula un əlavə edilərək qarışdırılır.
• Soba listi yağlanır, yüngülcə unlanır və xəmirlə doldurulur.
• Əvvəlcədən 200 dərəcədə isidilmiş sobada 30 dəqiqə bişirilir.
• Brauninin ortası maye kimi qalmalıdır, qabdan çıxarılmadan öncə qurudulmalıdır.
• Qabdan çıxarandan sonra brauninin üzərinə ələkdən keçirdilmiş kakao-toz əlavə edilir.
• Kubiklər şəklində doğrayıb, albalı ilə bəzəyə bilərsiniz.

Nuş olsun!