Reseptlər

Kişmişli keks sevənlər üçün reseptimiz var

Kişmişli keks sevənlər üçün reseptimiz var.

Ərzaqlar:

• 2 stəkan DoyMak unu;
• 100 qr kərə yağı;
• 1/2 stəkan qatıq;
• 2 yumurta;
• stəkanın 3/4 hissəsi şəkər tozu;
• stəkanın 3/4 hissəsi kişmiş;
• 1/2 çay qaşığı soda;
• 1 paket vanil;

Hazırlanması:

• Yumşaq kərə yağı şəkər tozu ilə mikserlə qarışdırılır.
• Bir-bir yumurta əlavə olunur, qarışdırılır.
• Qatıq, soda, kişmiş, vanil, ələnmiş DoyMak unu əlavə olunur, qaşıqla yaxşı qarışdırılır.
•Qaba bişirmə kağızı sərin, xəmiri tökün.
• Sobanı 180-200 C qədər qızdırın və 35-40 dəqiqə ərzində bişirin.
• Hazır olduğunu diş çöpü ilə yoxlayın.

Nuş olsun!