Reseptlər

İtaliyaya səyahət etməyin zamanıdır

Sadə Tiramisu resepti.

Ərzaqlar:

Keks üçün:

• 1 stəkan DoyMak unu;
• 4 yumurta;
• 1stəkan şəkər tozu;
• 1 stəkan nişasta;
• 3 yemək qaşığı su;
• 2 yemək qaşığı duru yağ;
• 3 yemək qaşığı kakao;
• 1 vanil;
• 1 qabartma tozu;

Keks üçün sous:

• 1 stəkan süd;
• 1 yemək qaşığı nescafe;
• 2 yemək qaşığı şəkər tozu;

Krem:

• 1l süd;
• 1 stəkan şəkər tozu;
• 2 yemək qaşığı DoyMak unu;
• 3 yemək qaşığı nişasta;
• 1 vanil;
• 1 labne pendiri(200 gr);

Hazırlanması:

• Yumurta və şəkəri bir qaba qoyub mikserlə yaxşı qarışdırın.
• Yağ və suyu əlavə edin.
• Biraz sonra isə DoyMak unu, nişasta, kakao, vanil, qabartmanı ələyərək qarışıma əlavə edin.
• Biraz da qarışdırdıqdan sonra qaba töküb isidilmiş 180° sobada bişirin.
• Sobanı ilk yarım saat ərzində açmayınki keks qabara bilsin.
• Keksin bişdiyindən əmin olduqda onu sobadan çıxarın.
• Xəmir olub olmamasın yoxladıqdan sonra qoyun soyusun.
• Bıcaq ilə 2 yerə ayırıb üstünə keks sousun qaşıqla hər tərəfinə tökün.
• İndi isə kremini hazırlayaq.
• Labne pendiri xaric bütün ərzaqları qazana tökün qoyun bişməyə.
• Bişirdikcə qarışdırmağa davam edin ki yapışmasın və həll olsun.
• Qatılaşdıqda isə qazın üstündən alıb soyumağa qoyun.
• Tam soyuduqda isə labne pendirin əlavə edib mikserlə qarışdırın.
• Artıq gəldik ən maraqlı hissəyə.
• Ayırdığınız keksin birin qoyun qaba.
• Çalışın qabınızın kənarları bağlı olsun ki krem tökülməsin.
• Keksi üstünə kremi töküb yayın.
• Və digər keksi onun üstünə qoyub qalan kremi əlavə edin.
• 1 gün qalması yaxşıdı.
• Soyuducudan çıxartdıqda üzərinə kakao səpin.
• Və budur Tiramisu hazırdır.

Qeyd:

•Əsl Tiramisu resepti bu deyil.
•Biskivitin sayın istəyə uyğun artıra bilərsiz.

Nuş olsun!