Reseptlər

Hot-Dog resepti

Hot-Dog resepti

Ərzaqlar:

• 3 stəkan DoyMak unu;
• 50 qr yumuşalmış kərə yağı;
• 100 ml süd;
• 1 yumurta;
• 1 çay qaşığı duz;
• 1 yemək qaşığı duru yağ;

İçlik:

• Sosis;

Hazırlanması:

• Stəkanda ilıq su, şəkər tozu, maya və DoyMak unun qarışdırın və 10 dəqiqə isti yerdə saxlayın.
• 10 dəqiqəyə stəkanın üzərində köpük əmələ gələcək.
• Hazır mayanı xəmiri yoğuracağınız qaba tökün, süd, yumşaq kərə yağı yumurta əlavə edib qarışdırın.
• Tam qarışdırılan məhlula unu ələyin, duz qatın və elastik xəmir yoğurun.

• Xəmiri dayanmadan 10 dəqiqə ərzində yoğurmaq lazımdır.
• Daha sonra qabın divarlarını bitki yağı ilə yağlayıb xəmiri 2 saat ərzində gəlməyə qoyun.
• Mayalanmış xəmiri 18 hissəyə bölün və kündələyin.
• 10 – 15 dəq saxlayın ki kündələr yumşalsın.
• Daha sonra hər kündəni əlinizlə yastılayın və içərisinə 1 və 1/2 sosika qoyub xəmirin qıraqlarını birləşdirin.
• Sobanı 180 dərəcə qızdırın.
• Hotdoqları arasında məsafə olmaqla listə düzün.
• 20-30 dəqiqə şişməsi üçün saxlayın.
• Yumurtanın sarısını 1 çay qaşığı duru yağ və bir çimdik sarı kök ilə qarışdırın, fırça ilə hot-doqların üzərinə sürtün.
• Hotdoqları 180 dərəcədə 10-15 dəqiqə ərzində bişirin.

Nuş olsun!