Reseptlər

Hər kəsin rahatlıqla hazırlaya biləcəyi makaron resepti

 

Göbələkli Spagetti

• 1 paket DoyMak spagetti
• Yarım kilo göbələk
• 3 pomidor
• 1 yemək qaşığı bibər tomatı
• Duz
• Qarabibər
• Duru yağ (və ya kərə yağı)
• Holland pendiri

 

Hazırlanması:

• Spagettiləri qaynadın.
• Göbələkləri təmizlədikdən sonra incə-incə doğrayın.
• Tavanın içinə töküb suyu çəkilənə qədər bişirin.
• Sonra üzərinə rəndələnmiş pomidoru, duzu, qarabibəri və duru yağı əlavə edərək 5 dəqiqə bişirin.
• Qaynatdığınız spagetti ilə qarışdırın.
• Üzərinə holland pendiri əlavə edin.

Nuş olsun!