Reseptlər

Göbələkli makaron resepti

Göbələkli makaron resepti.

Ərzaqlar:

• DoyMak makaronu;
• 500 qr şampinyon göbələyi;
• 300 qr toyuq filesi;
• 200 ml qaymaq;
• 70 qr kərə yağı;
• 1 baş soğan;
• 2 diş sarımsaq;
• Duz;
• İstiot;

Hazırlanması:

• Tavaya kərə yağı əlavə edib isidin.
• Soğanı soyub xırda doğrayın.
• Soğanı yağda şəffaflaşana qədər bişirin.
• Sarımsağı soyub sarımsaq əzən ilə əzib əlavə edin.
• Daha sonra toyuğun döş ətini doğrayıb əlavə edin və təxminən 6-7 dəqiqə bişirin.
• Toyuğun suyu çəkiləndə doğranmış şampinyon göbələyini də tavaya əlavə edib qarışdırın.
• Göbələyin suyu çəkilənə qədər bişirin.
• Duz və istiot əlavə edib qarışdırın.
• Sonda qaymağı əlavə edib 2 dəqiqə qazda saxlayıb altını söndürün.
• Makaronu adi qaydada qaynadıb süzün.
• Hazırladığınız qaymaqlı göbələkli qarışımı makaron ilə qarışdıra, üzərinə qoya və ya ayrı-ayrılıqda süfrəyə verə bilərsiniz.

Nuş olsun.