Reseptlər

Evdə hazırlayacağınız ləzzətli çörək resepti

Ətri evinizə dolacaq və süfrələrinizin olmazsa olmazı olan çörək resepti

Ərzaqlar:

• 3-4 stəkan DoyMak unu;
• 1 armudu stəkan ilıq süd;
• 1 armudu stəkan ilıq su;
• 1 çay qaşığı şəkər tozu;
• 1 çay qaşığı duz;
• 1 çay qaşığı maya;
• 1 yemək qaşığı kərəyağı;

Hazırlanması:

• Süd, su və şəkər tozunu qaba töküb qarışdırın.
• Həll olduqda un və duz əlavə edin.
• 3-4 cü stəkan DoyMak unun az-az əlavə edin.
• Ələ çox az yapışan xəmir olacaq.
• Bərk xəmir olmamalıdır.
• Xəmirə kərəyağını da əlavə edib yoğuraraq yedirdin.
• 1 saat mayalanmağa qoyun xəmiri.
• Sonra balaca kündələr qoparıb soba listinə düzün.
• Soba listinə un töküb sonra kündələri qoyun.
• Bıcaqla üzərinə kəsik atın.
• Sonra süzgəc(ələk) ilə üstünə çox az un səpin.
• Kündələrin üstün çay dəsmalı ilə örtün 30-40 dəqiqə qalsın.
• 200° qızdırılmış sobada üstü qızarana kimi bişirin.
• Soba listin qoymazdan əvvəl 1 tavanın(və ya yanmayan qabın) içinə su töküb sobanın içinə qoyun.
• Beləcə çörəklər yumuşaq olacaq.
• Sobanı alt-üst yandırın. Əgər üstü qızarsa amma altı qızarmasa sobanın üst hissəsin söndürün.
• Biraz da bişməyə qoyun.

Nuş olsun!