Reseptlər

Evdə hazırlanan qoğalın ləzzəti bir başqadır

Evinizə ətri dolacaq qoğal reseptimiz var.

Ərzaqlar:

• 1 kq DoyMak unu;
• 2 yumurta;
• 1\2 çay qaşığı sarıkök;
• 1 çay qaşığı dolu duz;
• 2 stəkan süd;
• 1 çay qaşığı quru maya;

İçlik üçün:

• 2 stəkan DoyMak unu;
• 1 çay qaşığı duz;
• 10-11 yemək qaşığı ərimiş kərə yağ;
• 1\4 çay qaşığı istiot;
• 2 çay qaşığı cirə;
• 2 çay qaşığı razyana;
• 1\3 çay qaşığı sarıkök;

Yağlamaq üçün:

• 400-450 q kərə yağı;

Üstü üçün:

• 1 yumurta;
• Xaş-xaş;

Hazırlanması:

• Şor qoğal xəmirini hazırlamaq üçün stəkana maya töküb ilıq süddə qarışdırın.
• Südlə maya 5-10 dəqiqə qalıb köpüklənir.
• Südü ilıq qızdırın.
• İçərisinə sarıkök qatın.
• Bir qaba DoyMak unu ələyin.
• Unun ortasını açın.
• Yumurtanı sındırın, duzu səpin, maya və sarıköklü südü də əlavə edin.
• Şor qoğal xəmirini qarışdırıb həll olana qədər yoğurun.
• Şor qoğal xəmir yumşaq olur.
• Xəmirin üzərinə dəsmal qoyub üstünü örtürük ki acısın.
• İndi də şor qoğal içini hazırlayaq.
• Unu tavaya töküb ocağın üzərində qızılı rəng alana qədər qovurun.
• Un qovrulub qızılı rəng aldıqdan sonra başqa qaba tökün.
• Un soyuyandan Asonra duz, istiot, sarıkök, razyana, cirə töküb qarışdırın.
• Sonra bu unlu, ədviyyatlı qarışığa yağı əlavə edib qarışdırın.
• Artıq şor qoğalın içi hazırdır.

• Şor qoğal xəmirinin hazırlanması:

• Xəmiri hazırlayın.
• Xəmir hazır olduqdan sonra acımması üçün gözləmək lazımdır.
• Şor qoğal xəmiri təqribən 2 saata acıyır.
• Yuxaları yağlamaq üçün yağı əridin.
• Üzərinə çəkmək üçün yumurtaları bir qabda sındırın.
• Acıyan xəmir artıq kündələnməyə hazır haldadır.
• Xəmirdən 15-16 kündə düzəldin.
• Hazırladığımız kündə də 5 dəqiqə qalıb özünə gəlməlidir.
• 5 dəqiqə gözləyən kündələri nazik yuxa yayın halına gətirin
• Yaydığınız yuxaları əllə bir az dartıb böyüdün.
• Bütün yuxalar yayıldıqdan sonra kəsib hazırlayın.
• Kəsikləri rulon kimi bükün.
• Ortasını açıb içərisinə iç qoyub ağzını bükün.
• Azca əlimizlə yayıb qurumasın deyə üzərini nəm bezlə örtün.
• Hazır şor qoğal əlimizlə bir az yastılayıb üzərinə xaş-xaş, qara çörəkotu və yumurta sarısı çəkirik.
• 220 dərəcə qızdırılmış fırında üzəri qızarana qədər bişirin.

Nuş olsun!