Yayımlanma tarixi: 2026-11-27
“Avrora Qrup” və “Veysəloğlu Şirkətlər Qrupu”nun həmtəsisçisi olduğu Milli Aviasiya Akademiyası Voleybol Klubunun 2026–2027-ci il mövsümünün rəsmi açılış görüşü keçirilib

Görüş yeni mövsümün hədəflərinin müəyyənləşdirilməsi, klubun inkişaf istiqamətlərinin müzakirəsi və qarşıdakı fəaliyyət planının təqdim olunması baxımından mühüm əhəmiyyət daşıyıb.

Açılış nitqində “Avrora Qrup”un təsisçisi Ceyhun Abbasov Azərbaycan voleybolunun inkişafına veriləcək töhfənin təməlinin məhz aşağı yaş qruplarından başlamasının önəmini vurğulayıb. O qeyd edib ki, Milli Aviasiya Akademiyasının aşağı yaş qruplarında əvvəllər 30 nəfərə yaxın voleybolçu məşq edirdisə, yenilənmiş infrastruktur və yaxşılaşdırılmış şərait nəticəsində bu say artıq 400-ə çatıb. Ötən mövsümdə akademiyanın 18 yaşadək qadınlardan ibarət komandasının Azərbaycan birinciliyinin qalibi olması da bu inkişafın bariz nümunəsidir. Çıxışının sonunda Ceyhun Abbasov komanda üzvlərinə və məşqçi heyətinə qarşıdakı mövsümdə bol uğurlar və yeni qələbələr arzulayıb və komanda üçün yaradılan şəraitə görə Milli Aviasiya Akademiyasının rəhbərliyinə təşəkkürlərini çatdırmışdır.

Tədbir çərçivəsində iştirakçılara klubun fəaliyyəti, eləcə də əsas və aşağı yaş qrupları üzrə komandaların heyəti barədə ətraflı məlumat verilib. Xüsusilə uşaq və gənclər voleybolu istiqamətində görülən işlər diqqətə çatdırılıb. Bildirilib ki, Milli Aviasiya Akademiyası Voleybol Klubu 2026–2027-ci il mövsümündə Azərbaycan çempionatında ümumilikdə 7 komanda ilə təmsil olunacaq.

Sonda qeyd olunub ki, klubun əsas prioritetləri ölkədə voleybolun inkişafına töhfə vermək, gənc idmançıların peşəkar səviyyədə yetişdirilməsini dəstəkləmək və dayanıqlı komanda sistemi formalaşdırmaqdır.

Xəbəri paylaşın:
Bənzər xəbərlər
Hamısına bax

2020-01-21

Aurora Group team visited the Alley of Martyrs

2020-02-14

Aurora Group has joined International Childhood Cancer Day

2020-02-26

The staff of Aurora Group commemorated the victims of Khojaly