Yayımlanma tarixi: 2026-09-28
İlham Marufov dövlət və özəl sektorun əməkdaşlığına dair tədbirdə iştirak edib

Avrora Şirkətinin Baş İcraçı Direktoru İlham Marufov Azərbaycan Türk İş Adamları Birliyi (ATİB) və FAYDA İş Adamları Platformasının birgə təşkilatçılığı ilə keçirilən “Dövlət və özəl sektorun əməkdaşlığında sahibkarların rolu” mövzusunda tədbirdə iştirak edib.

Dövlət qurumlarının nümayəndələri, millət vəkilləri, sahibkarlar və ictimaiyyət təmsilçilərinin qatıldığı tədbirdə dövlət–özəl sektor əməkdaşlığının inkişaf perspektivləri, sahibkarlığın təşviqi və biznes mühitinin daha da təkmilləşdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Tədbir çərçivəsində innovativ təşəbbüslərin dəstəklənməsi və gənc sahibkarların inkişafına töhfə verən layihələr də diqqət mərkəzində olub.

Avrora Qrup ölkəmizin iqtisadi inkişafına, sahibkarlıq ekosisteminin güclənməsinə və strateji əməkdaşlıqların genişlənməsinə xidmət edən təşəbbüslərdə fəal iştirakını davam etdirir.

Xəbəri paylaşın:
Bənzər xəbərlər
Hamısına bax

2020-01-21

Aurora Group team visited the Alley of Martyrs

2020-02-14

Aurora Group has joined International Childhood Cancer Day

2020-02-26

The staff of Aurora Group commemorated the victims of Khojaly