Yayımlanma tarixi: 2026-09-27
27 Sentyabr – Anım Gününə həsr olunmuş “Bir damla qan, min ümidə can” devizi ilə qanvermə aksiyası keçirilib

içik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) birgə təşkilatçılığı, “Marsol Group”, “Məlhəm Beynəlxalq Hospital”, Milli Hematologiya və Transfuziologiya Mərkəzi və Respublika Qan Bankının tərəfdaşlığı ilə keçirilən qanvermə aksiyasında Avrora Qrup əməkdaşları da fəal iştirak ediblər. Ümumilikdə, aksiyaya qoşulan 100-ə yaxın əməkdaşımız könüllü qan verərək ehtiyacı olan insanlara dəstək göstərib, həmrəylik və sosial məsuliyyət nümunəsi nümayiş etdirib.

Aksiya çərçivəsində qan verən şəxslərin sağlamlıq vəziyyəti həkim-mütəxəssislər tərəfindən əvvəlcədən yoxlanılıb, müvafiq tibbi müayinələr aparıldıqdan sonra qanvermə prosesi həyata keçirilib.

Qeyd edək ki, “Bir damla qan, min ümidə can” aksiyası artıq üçüncü dəfədir keçirilir və cəmiyyətimizdə qan donorluğu mədəniyyətinin təşviqinə, eləcə də minlərlə insan üçün ümid işığının yaranmasına töhfə verir.

Xəbəri paylaşın:
Bənzər xəbərlər
Hamısına bax

2020-01-21

Aurora Group team visited the Alley of Martyrs

2020-02-14

Aurora Group has joined International Childhood Cancer Day

2020-02-26

The staff of Aurora Group commemorated the victims of Khojaly