Reseptlər

Duzlu çörək reseptimiz var

Çayı dəmləyin. Duzlu çörək reseptimiz var.

Ərzaqlar: ⠀

• 2 stəkan DoyMak unu;
• 1 armudu stəkan duruyağ;
• 1 armudu stəkan qatıq;
• 1 yumurta ağı (sarısı üzərinə);
• 1 qabartma tozu;
• 1 çay qaşığı duz;
• Göyərti;
• Çörəkotu;

Hazırlanması: ⠀

• Duruyağ, qatıq, yumurta ağı və duzu bir qabda qarışdırın.
• Sonra xırda-xırda doğradığınız göyərtini əlavə edib qarışdırmağa davam edin.
• 2 stəkan DoyMak unu və qabartma tozu töküb yoğurun.
• Xəmirdən biraz alıb ovucunuzda yumru hala gətirin.
• Bişirmə kağızı olan soba qabına düzün.
• Üzərinə yumurta sarısı vurub, çörəkotu sərpin.
• Öncədən isidilmiş 180° sobada qızarana qədər bişirin.

Nuş olsun!