Reseptlər

DoyMak-la şəkərparə resepti

Türk mətbəxi şərbətlə hazırlanan şirniyyatları ilə məşhurdur. Bunlardan biri də şəkərparədir. Bəs evdə asan və ləzzətli şəkərparə necə hazırlamaq olar? Əlbəttə ki DoyMak-la.

Ərzaqlar:
4 stəkan DoyMak unu;
2 yumurta;
5 yemək qaşığı kərə yağı;
2 stəkan şəkər kirşanı;
4 yemək qaşığı Manna yarması;
Qabartma tozu;
Vanil;

Şərbət üçün:
½ stəkan limon suyu;
3 stəkan şəkər tozu;
4 stəkan su;

Üstü üçün:
Fındıq ləpəsi – bir ovuc;

Hazırlanması:
Otaq istiliyində yumşaldılmış kərə yağının üzərinə sıra ilə şəkər kirşanı, yumurta, manna yarması, qabartma tozu və vanil əlavə edilib krem şəklini alana qədər mikserlə qarışdırılır.
Qarışığın üzərinə DoyMAK unu əlavə edilir və yenidən mikserlə qarışdırılıb yumşaq xəmir yoğrulur.
Xəmirdən parçalar qoparılır və ovuc içində yumrulanıb üzərinə qabığı təmizlənmiş fındıq ləpəsi yerləşdirilir. Əvvəlcədən 160 dərəcəyədək qızdırılmış sobada 30 dəqiqə bişirilir.

Şərbətin hazırlanması:

Şəkər tozu, su və limon suyu qaynadılır.
Şərbət soyumuş şəkərparənin üzərinə tökülür.

Nuş olsun!