Reseptlər

Dadı qədər görünüşünü də sevəcəyiniz lahmacun resepti

Lahmacun resepti.

Ərzaqlar:

• 500 qr DoyMak unu;
• 45 qr yaş maya;
• 200 qr su;
• 10 qr duz;

İçi üçün:

• 500 qr çəkilmiş ət;
• 1 soğan;
• 1 diş sarımsaq;
• 1 pomidor;
• 1 yaşıl bibər;
• 1 yemək qaşığı tomat;
• 1 çay qaşığı duz;
• 1 çay qaşığı istiot;
• 1 çay qaşığı pul bibər;
• 1/2 dəstə cəfəri;

Hazırlanması:

• İç üçün soğanı, sarımsağı, qabığı soyulmuş pomidoru sürtgəcdən keçirin.
• Cəfərini isə xırda-xırda doğrayın.
• Bir qaba çəkilmiş ət, soğan, sarımsaq, pomidor, bibər, tomat, duz, pul bibər, istiot və cəfərini töküb qarışdırın.
• Və soyuducuya qoyun.
• Xəmir üçün, mayanın üzərinə çox az ilıq su tökün qoyun qalxsın.
• Sonra unu böyük bir qaba töküb mayanı əlavə edin.
• Ən son duzu töküb xəmiri yoğurun.
• Üzərin örtün xəmir dincəlsin.
• Sonra kündələrə ayırın.
• Oxlov ilə yayın.
• Hazırladığınız içi xəmirin üstünə yayın və sobada qızarana kimi bişirin.

Qeyd:

• Bişərkən tez -ez baxın ki yanmasın.
• Xəmir üçün ilıq sudan istifadə edin.
• Əgər adam sayı çoxdursa ərzaqları 2 dəfə artırın.
• Yanında ayran düzəltməyi unutmayın.

Nuş olsun!