Reseptlər

Dadı qədər görünüşünü də sevəcəksiniz.

Dadı qədər görünüşünü də sevəcəksiniz. Almalı piroq

Ərzaqlar:

• 3 stəkan DoyMak unu;
• 1 armudu stəkan pudra şəkəri;
• 1 yumurta;
• 1 armudu stəkan qatıq;
• 200 gr kərəyağı;
• 1 qabartma tozu;
• 1 vanilya;

Alma üçün:

• 4 rəndələnmiş alma;
• 1 çay qaşığı darçın;
• 3 yemək qaşığı şəkər tozu;

Üzəri üçün:

• 3 yemək qaşığı pudra şəkəri;

Hazırlanması:

• Rəndələnmiş almaları, şəkər və darçın əlavəsi ilə almalar suyunu çəkənə qədər təxminən 10 dəqiqə qovurun.
• Soyuması üçün bir kənarda saxlayın.
• Yumurta və pudra şəkərini oval bir qabda qarışdırın.
• Qatığı, yumşalmış kərə yağını, vanilyanı, DoyMak unu və qabartma tozunu əlavə edin.
• Bütün ərzaqlar həll olana kimi yoğurun.
• Hazırladığınız xəmirin dörddə birini ayırın və bir kənarda gözlədin.
• Geri qalan hissəsini unlanmış masada oxlovla 1- 2 sm qalınlığında açın.
• Açdığınız xəmiri soba qabına diqqətlicə qoyun.
• Hazırladığınız almalı içliyi üzərinə yayın.
• Ayırdığınız xəmirdən qoz büyüklüyündə parçalar alın və uzun çubuq formasında açın.
• Xəmir parçalarını almalı tortun üzərinə qəfəs görüntü olacaq formada yerləşdirin.

•Xəmirlərin kənarlarının yapışması üçün yavaşca basdırın.
• Almalı tortu, öncədən isidilmiş 180 dərəcə sobada 35 dəqiqə bişirin.
• İlıq olanda pudra şəkəri əlavə edin və dilimlədikdən sonra süfrəyə qoyun.

Nuş olsun!