Reseptlər

Çiyələk mürəbbəli rulet

Çiyələk mürəbbəsi ilə ləzzətli rulet hazırlamaq istəyirsinizmi? Elə isə ərzaqlarınızı hazırlayın!

 

7-8 yemək qaşığı DoyMak unu

3 yumurta

1 yemək qaşığı şəkər tozu

Yarım qatılaşdırılmış süd

100 qr kərə yağı

1 qabartma tozu

1 Vanil

Çiyələk mürəbbəsi

 

Hazırlanması:

 

Yumurta və şəkəri qarışdırın.

Həcmi artdıqdan sonra qatılaşdırılmış südü əlavə edib qarışdırın.

Kənarda DoyMak unu, qabartma tozunu qarışdırıb alınan kütləyə əlavə edin.

Ən sonda ərinmiş kərə yağını qatıb, qarışdırın.

Soba tavasına yağlı kağız qoyun ki, xəmir yapışmasın.

Xəmiri əvvəlcədən 180 dərəcə isidilmiş sobaya qoyun.

20-25 dəqiqə və ya üstü qızarana qədər bişirin.

İlıq halda arasına mürəbbə çəkib rulet kimi bükün.

 

Nuş olsun!