Reseptlər

Çay süfrəsinə yaraşan bir şirniyyat reseptimiz var

Axşam yeməyindən sonra çay süfrəsinə yaraşan bir şirniyyat reseptimiz var.

Ərzaqlar:

• 4.5 stəkan DoyMak unu;
• 1 stəkan süd;
• 1 armudu stəkan duru yağ;
• 1 yumurta ağı;
• 1 yemək qaşığı maya;
• 2 çay qaşığı duz;
• 2 çay qaşığı şəkər tozu;

İçi üçün:

• Kəsmik;

Üzəri üçün:

• Yumurta sarısı;

Hazırlanması:

• Süd, duru yağ və yumurtanın ağını bir qaba qoyub qarışdırın.
• DoyMak unu ilə birlikdə maya, duz və şəkəri əlavə edərək yoğurun.
• Üzərini örtərək mayalandırın.
• İçi üçün kəsmiyi çəngəllə əzin.
• Xəmiri kündələrə ayırıb unlanan masada oxlov vasitəsi ilə yumru formada yayın.
• Yaydığınız xəmirə 3 hissədən kəsik atın.
• Kəsmik qoyub üçbucaq formasında düzəldin.
• Kənarlarına əlinizlə forma verin.
• Bütün xəmiri bu formada düzəldin.
• Şirniyyatların üzərinə yumurta sarısı vurub 180 dərəcə isidilmiş sobada bişirin.

Nuş olsun!