Reseptlər

Çay süfrələrinizə yaraşacaq şirniyyat

Gavalı piroqu.

Ərzaqlar:

• 1 stəkan yarım DoyMak unu;
• 115 qr kərə yağı;
• 2 yumurta;
• 3/4 stəkan şəkər tozu;
• Bir çimdik duz;
• 2 çay qaşığı qabartma tozu;
• 4-5 gavalı;
• Üstü üçün şəkər kirşanı;

Hazırlanması:

• Kərə yağını əridib kənarda soyudun.
• İri kasada yumurta və şəkər tozunu bir neçə dəqiqə mikserlə qarışdırın. (rəngi bir qədər açılmalıdır).
• Kərə yağını əlavə edib qarışdırın.
• Ayrı qabda un, duz və qabartma tozunu qarışdırın.
• Unlu qarışığı yumurtalı kütləyə töküb qarışdırın.
• Kənarları çıxıq olan yumru qabın içini yağlayın.
• Xəmiri buraya boşaldıb yayın.
• Gavalını çox nazik olmayan dilimlərə kəsib, dilimləri xəmirin üstünə düzün.
• İstəyə görə gavalıları sıx-sıx ya da aralı olaraq düzə bilərsiniz.
• Sobanı 190 dərəcəyədək qızdırın.
• Soba qabının orta hissəsinə yerləşdirib piroqu təxminən 30 dəqiqə, yaxud üstü bir qədər qızaranadək bişirin.
• Piroqu soyuduqdan sonra süfrəyə qoyun.
• İstəyə görə üstünə şəkər kirşanı da səpə bilərsiniz.

Nuş olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir