Reseptlər

Bu şirniyyatı sevdiyinizi bilirik

Bu şirniyyatı sevdiyinizi bilirik. Ona görə resepti sizinlə bölüşürük.

Ərzaqlar:

• Apardığı qədər DoyMak unu;
• 2 ədəd yumurta;
• 1 stəkan pudra şəkər;
• 250 qr kərə yağı;
• Yarım stəkan qatıq;
• 1 vanil;
• 1 qabartma tozu;

Krem:

• 200 qr kərə yağı;
• 1 banka qatılaşdırılmış süd;

Arası üçün:

• Qoz ləpəsi;

Şaftalı rəngini əldə etmək üçün:

• Sarı və qırmızı rəngləndirici;

Hazırlanması:

• İlk öncə ələ yapışan xəmir yoğurub soyuducuya qoyun.
• Daha sonra xəmiri əlinizin içində yumrulayıb bir tərəfindən barmaqla basın (şaftalının bir tərəfinin formasını əldə etmək üçün).
• Sonra basıq tərəf aşağıya olmaq şərti ilə sobaya düzün və 150 dərəcə qızdırılmış sobada bişirin.
• Üzərinin qızarmaması üçün diqqət edin.
• Sobadan çıxardıqdan sonra soyumasını gözləyin və soyuduqdan sonra yastı tərəfinə krem və qoz qoyub digər yastı tərəflə yapışdırın.
• Növbədə isə görünüş üçün pambığın bir tərəfini sarı, digər tərəfini isə qırmızı rəngə batıraraq rəngləyin və üzərinə şəkər tozu əlavə edin.
• Yarpaq kimi nanədən istifadə edə bilərsiniz.

Nuş Olsun!