Reseptlər

Bayram süfrələrinin olmazsa olmazı, Şəkərbura

Şəkərbura resepti

Xəmir üçün:

• 2 kq DoyMak unu;
• 1 çay qaşığı şəkər tozu;
• 1 l süd;
• 4 yumurtanın sarısı;
• 70-100 qr xama;
• 400 qr kərə yağı;
• 2 çay qaşığı maya;
• 2 paçka vanil;
• 1 çimdik duz;

İçlik üçün:

• 1 kq təmizlənib qozçəkəndən keçirilmiş fındıq;
• 1 kq şəkər tozu;
• vanil;
• Hil;

Hazırlanması:

•Fındıq bir neçə gün əvvəl təmizlənib saxlansa yaxşıdır.
•Fındığı qozçəkən maşından keçirib şəkər tozu, vanil, hil vurun, qarışdırın.

Xəmir:

• DoyMak unun ələyin, vanil və duz əlavə edin.
• Təxminən 1-1,5 stəkan südü xəmiri qatmaq üçün saxlayın.

•Qalanını azca isidin, içinə maya və şəkər tozu əlavə edin.
• Unu təpələyib ortasında çala açın, 4 yumurtanın sarısını içinə qırın, azca əridilmiş yağı, xamanı, südlə mayanın qarışığını da əlavə edib yoğurmağa başlayın.
• Şəkərbura xəmiri azca bərk olmalıdır, uzun müddət yoğurmaq lazım gələcək.
• Arada əlinizi ayırdığınız südə batırıb xəmiri yumşaldın.
• Xəmiri yarım saat saxlayın.
• 3-3,5 sm diametrli kündələr tutun (25-30 ədəd), sellofan torbaya yanaşı yığın.
• Kündələməyi bitirdikdən sonra yayıb üst-üstə, yenə də sellofan torbanın içinə yığın.
• Xəmir artıq qalıbsa, soyuducuya qoyun.
• Hər şəkərbura üçün 1-2 çay qaşığı iç kifayət edər.
• Şəkərburaların qırağını büküb üstünü naxışlayandan sonra soyuq siniyə düzün.
• Üzərini nazik təmiz iynə ilə bir neçə yerdən deşə bilərsiniz, o zaman şəkərburaların kənarları açılmır.
• 160-180 dərəcə qızdırılmış sobada 10-15 dəqiqə bişirin.

•Diqqət edin ki, üstü qızarmasın həm də çiy qalmasın

Qeyd: İçlik artıq qalarsa bir şüşə qabın içinə töküb saxlaya bilərsiniz.

Nuş olsun!