Yayımlanma tarixi: 2026-02-04
“I Avrora Counter Strike” Çempionatı uğurla başa çatdı

15 iyun tarixində Avrora əməkdaşları arasında Bizon brendinin təşkilatçılığı ilə keçirilən “I Avrora Counter Strike” çempionatı uğurla yekunlaşdı.
Komanda ruhunun gücləndirilməsi, əməkdaşlar arasında birlik və əyləncəli rəqabət mühitinin yaradılması məqsədi ilə təşkil edilən çempionat 15 komandanın iştirakı ilə baş tutdu.
Gərgin və maraqlı qarşılaşmalarla yadda qalan turnirin final mərhələsində “3D Gamers” komandası “Strike Team” üzərində qələbə qazanaraq çempionluğa yüksəldi. Üçüncü yer uğrunda baş tutan görüşdə isə “Export Team” komandası “Chikaba”ya qalib gələrək bürünc medalın sahibi oldu.

Qalib komandaya 1500 AZN, ikinci yerə 1000 AZN və üçüncü yerə isə 500 AZN məbləğində pul mükafatları Bizon brendi tərəfindən təqdim olundu.
Bütün iştirakçı komandaları göstərdikləri əzmkarlığa görə təbrik edirik!

Xəbəri paylaşın:
Bənzər xəbərlər
Hamısına bax

2024-08-19

Avrora Qrup III Futbol Çempionatının qalibi məlum olub

2024-08-27

Jurnalistlər arasında Zəfər kuboku keçirilib

2022-01-26

Avrora Qrup ən son avadanlıqlarla təchiz edilmiş laboratoriyasının açılışını edib