Reseptlər

Azərbaycanın milli şirniyyatlarından biri, Paxlava

Paxlava resepti

Xəmir üçün:

• 1 kq DoyMak unu;
• 3 yumurta;
• 250 qr kərə yağı;
• 1 stəkan süd;
• 2 yemək qaşığı xama;
• 1 ay qaşığı quru maya;
• Duz;

İçlik üçün:

• 1 kq qoz ləpəsi;
• 1 kq şəkər tozu;
• 1/3 çay qaşığı hil;

Yağlamaq üçün:

• 400 – 450 qr kərə yağı;

Şərbət üçün:

• 2 stəkan şəkər tozu;
• 1 stəkan su;

Üstü üçün:

• 2 ədəd yumurta sarısı;
• Qoz, fındıq ləpəsi;

Hazırlanması:

• Xəmiri hazırlayaq.
• Südü qaba töküb ilıq qızdırırıq.
• Yağı əridirik.
• Mayanı ilıq suda qarışdırırıq 5-10 dəqiqə qalır köpüklənir.
• Unun ortasına yumurtanı, mayanı, südü, yağı, xamanı və duzu əlavə edirik.
• Yumşaq xəmir yoğururuq.
• Xəmirin üstünə neylon çəkib, dəsmal qoyub, ədyala bükürük, •2 saat acımağa qoyuruq.

İçlik hazırlayırıq.

• Qozu tavada qovurub qabığını təmizlədikdən sonra qoz çəkən maşından keçiririk.
• Çəkilmiş qozu şəkər tozu və hil ilə qarışdırırıq.
• Yuxaları yağlamaq üçün yağı əridirik.

Şərbəti hazırlayırıq.

• Qaba suyu və şəkər tozunu əlavə edib qaynara düşən kimi 2-3 dəqiqə qaynadıb, götürük.
• Üzünə çəkmək üçün yumurta sarısını bir qaba sındırıb çalırıq.
• Üzü üçün badam ləpəsini təmizləyirik.
• Xəmir 2 saata acıyır.
• Xəmiri hər tava üçün12 hissəyə bölürük.
• İki kündəni böyük qalanlarını balaca kündələyirik.
• Yuxanı az unla yayırıq.
• Tavanı yağlayıb yuxanı səririk.
• Yuxaya yağ töküb yağlayırıq.
• Hər qata 1 stəkandan 1 barmaq aşağı içlik səpirik.
• Yenə yuxanı sərib yağlayırıq.
• Bu şəkildə bütün qatları hazırlayırıq.
• Axırıncı qatı qoyduqdan sonra kənarlarını yaxşı düzəldirik.
• Xəmiri romb şəklində kəsirik.
• Yarım saat saxlayırıq.
• Sonra yumurtalayıb ortalarınaləp ələrini qoyuruq.
• 180 dərəcə qızdırılmış sobada üzü az qızarana qədər bişiririk.
• Sonra çıxarıb yağlayırıq.
• İstliyi 150 dərəcəyə qoyuruq.
• Üzü tam qızarana yaxın çıxarıb şərbətini tökürük.
• Hər iki halda bıçaqla kəsilən yerlərlə bir də gedirik ki, həm yağ həm də şərbət hər yana yaxşı yayılsın.
• Şərbəti tökdükdən sonra sobada 3-5 dəqiqə saxlayıb götürürük.
• Paxlava ilıq olanda tavadan tək-tək çıxarıb başqa düz qaba aralı yığırıq.

Nuş olsun!