about

Biz Kimik?

“AVRORA Qrup” 13 aprel 2000-ci il tarixindən etibarən Bakıda fəaliyyətə başlamışdır. Öz istehsal sahələrində istehsal edilən məhsulları, həmçinin distribyutorluğunu etdiyi şirkətlərin məhsullarını marketlərə və istehlakçılara çatdıran “AVRORA Qrup” qısa müddət ərzində dövrün tələblərinə uyğun müasir texnologiya ilə təchiz olunmuş geniş ticarət şəbəkəsi qurmuşdur. 300-dən çox işçi qüvvəsi və 300-dən çox nəqliyyat vasitəsi ilə geniş distribyutorluq şəbəkəsi yaradaraq, ölkənin bütün bölgələrinə, rayon və qəsəbələrinə, hətta kəndlərinə də çox rahat şəkildə öz məhsullarını çatdırmaqdadır. Müasir avadanlıqla təchiz olunmuş ofis; Anbar təsərrüfatı (sahəsi 4000 m2 olan quru saxlama, sahəsi 1500 m2 olan 2 mərtəbəli müasir soyuducularla təchiz olunmuş anbar); Avtonəqliyat vasitələri (300-dən çox İsizu, Mitsubishi, Hyundai markalı yük avtomobilləri); Xüsusi dəmir yolu mövcuddur. “AVRORA Qrup” yarandığı gündən etibarən dünyanın müxtəlif şirkətləri ilə əməkdaşlıq edir. Göstərdiyi yüksək keyfiyyətli və peşəkar işi sayəsində işlədiyi şirkətlər tərəfindən müxtəlif sertifikat və diplomlarla təltif edilmişdir. “AVRORA QRUP” qloballaşan dünyada sektorda uzunmüddətli iqtisadi fəaliyyətini təmin etmək üçün həm öz məhsullarını, həm də distribyuterliyini həyata keçirdiyi məhsulların istehlakçıya çatdırılması, təqdim olunması ilə kifayətlənməməklə, müştərilərinə uğurla satış sonrası xidmət də göstərməkdədir. Məhsulların keyfiyyəti və xüsusiyyətləri haqqında müştərilərin, istehlakçıların məlumatlandırılması, onların daha asan seçim etmələri üçün mağaza daxili rəf nizam intizamına diqqət yetirmək, məhsulların satış qiymətlərinin oxunaqlı şəkildə göstərilməsi və s. satış sonrası edilən xidmətlərin sadəcə bir qismini təşkil edir. 2013-cü ildən etibarən “AVRORA Qrup” Gürcüstanda öz filialını açmışdır. Belə ki, “AVRORA Qrup” öz məhsullarını Gürcüstan bazarına da çıxarmağa başlamış və qısa müddət ərzində fəaliyyətini inkişaf etdirərək 2000-dən çox ticarət nöqtəsi ilə əlaqələr qurmuşdur. Gürcüstanda hal- hazırda 24 nəfər fəaliyyət göstərir. 2014-cü ildən etibarən satış personalının sayının artırılması və bütün Gürcüstanı əhatə edən ticarət şəbəkəsinin qurulması planlaşdırılır. Bunlardan əlavə olaraq “AVRORA Qrup” həmçinin yüksək peşəkarlığa malik olan Marketinq Departamentinin Tədqiqat və İnkişaf şöbəsi fəaliyyət göstərir. Şöbə müəssisə üçün mövcud və yeni bazarlar araşdırmaq, təkliflər verməklə yanaşı sifariş əsasında Azərbaycan bazarında fəaliyyət göstərən və yeni fəaliyyətə başlayan müəssisələr üçün də bazar araşdırmaları aparır, təkliflər paketi hazırlayıb, təqdimatlar keçirir.